London Olimpiadasına lisenziya xarakterli turnirdə hansı taekvondoçumuz çıxış edəcək?
Xəbər verdiyimiz kimi, Azərbaycan taekvondoçuları Rusiyanın Kazan şəhərində London Olimpiadasına son lisenziya xarakteri daşıyan turnirdə iştirak edəcəklər.
Taekvondo Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovun Siasport.az saytına verdiyi xəbərə görə, Avropa təsnifat turnirinin artıq püşkatma mərasimi keçirilib. Kişi və qadınlar arasında 4 çəki dərəcəsində keçiriləcək yarışda iki Azərbaycan taekvondoçusu mübarizə aparacaq.
Qeyd edək ki, püşkün nəticələrinə əsasən Təvəkkül Bayramov 80 kiloqram çəki dərəcəsində turnirə ikinci mərhələdə qatılacaq. T.Bayramovun potensial rəqibləri də, artıq məlumdur. Belə ki, Heino Timu (Finlandiya) və İvan Trajkoviç azərbaycanlı idmançı ilə mübarizə aparacaq.
Digər taekvondoçumuz isə qadın idmançıdır. Günay Ağakişiyeva 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. O, ilk olaraq irlandiyalı Sonya Makkonella, sonra isə fransalı Marlen Harnoislə qarşılaşacaq.
Xatırladaq ki, Turnir yanvarın 27-də başlayacaq və 3 gün davam edəcək.
Məlumat üçün bildirək ki, Azərbaycan taekvondoçuları yarışın ikinci günü ringə çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB