Yevgeni Truxinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb

Yevgeni Truxinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb

 Xəbər verdiyimiz kimi, Ukraynanın Zaporojye şəhərində Yevgeni Truxinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnir ölkəmiz üçün səmərəli keçib. Belə ki, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız 5 qızıl və 3 bürünc medal qazanıb. Heyətdə yer alan Əli Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Toğrul Yunisli (74 kq) və Zaur Mehrəliyev (120 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ənvər Cəfərov (66 kq), Soltan İsmayılov (84 kq) və Hacımurad Çöpsiyev (96 kq) isə bürünc medala yiyələnib. Xatırladaq ki, böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərlik etdiyi yığmamız sabah vətənə qayıdır. 

Bütün xəbərlər Facebook səhifəmizdə