“AZ Alkmaar” la qarşılaşmada zədələnən Uinston Parksın müalicəsi davam edir

“AZ Alkmaar” la qarşılaşmada zədələnən Uinston Parksın müalicəsi davam edir
Türkiyəyə yollanan "Bakı" futbol komandası hazırlıqların ikinci hissəsinə start verib.
Siasport.az saytı xəbər verir ki, baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında komanda taktiki və fiziki təmrinlər üzərində çalışmalarını davam etdirir. Antalyanın "Maxx Royal" otelində məskunlaşan futbolçular gündə 2 məşqlə verilən tapşırıqlar üzərində işləyirlər.
Hollandiyanın "AZ Alkmaar" komandası ilə yoxlama oyununda damarı dartılan Uinston Parks və sümük zədəsi səbəbindən meydana çıxmayan Elvin Əliyev müalicələrini davam etdirirlər.
U.Parks yaxın günlərdə intensiv məşqlərə qatılacaq, E.Əliyev isə müalicəsini daha 2 həftə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə