“Xəzər-Lənkəran” “Volfsburq”un əvəzedicilərini məğlub edib

“Xəzər-Lənkəran” “Volfsburq”un əvəzedicilərini məğlub edib
Xəbər verdiyimiz kimi, "Xəzər-Lənkəran" futbol klubu Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Almaniyanın Bundesliqa təmsilçisi "Volfsburq"un ikinci komandasını sınağa çəkən cənub təmsilçisi, alman rəqibini 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada "Xəzər-Lənkəran"ın heyətində 63-cü dəqiqədə Elnur Abdullayev, 77-ci dəqiqədə isə Branimir Subaşiç fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə