Yozef Blatter Azərbaycanlıları xoşbəxt xalq adlandırıb

Yozef Blatter Azərbaycanlıları xoşbəxt xalq adlandırıb
Xəbər verdiyimiz kimi, FİFA-nın prezidenti Yozef Blatter AFFA-nın rəsmi saytına müsahibə verib. Siasport.az saytı xəbər verir ki, bu il Azərbaycanda qızlar arasında futbol üzrə dünya çempionatının keçirilməsindən başlamış bir dıra məsələlərə toxunan FİFA rəhbəri, Azərbaycan xalqını xoşbəxt xalq adlandırıb: "Azərbaycanda qızlar arasında futbol üzrə dünya çempionatının keçiriləcəyi ilin "İdman ili" elan olunması onu göstərir ki, ölkəniz bu mötəbər turnirə həqiqətən də böyük önəm verir. Onu da qeyd edim ki, bu qərardan təkcə futbol deyil, digər idman növləri də yetərincə faydalana biləcək. Bu isə ümumi mənada xalqın xeyrinədir. Çünki idman da mədəniyyətin bir növüdür. Buna görə də sizi xoşbəxt xalq hesab edirəm."

Bütün xəbərlər Facebook səhifəmizdə