"Barselona" Xose Manuel Pintonun müqaviləsini 2013-cü ilə qədər uzadıb

"Barselona" Xose Manuel Pintonun müqaviləsini 2013-cü ilə qədər uzadıb
İspaniyanın "Barselona" futbol klubu, 2008-ci ildən katalon klubunun şərəfini qoruyan 36 yaşlı qolkiper Xose Manuel Pinto ilə hazırkı müqavilənin müddətini 2013-cü ilə qədər uzadıb. Siasport.az saytı xəbər verir ki, gəldiyi gündən bəri daima Viktor Valdesin kölgəsində qalan, mövsümü ehtiyat oyunçular skamyasında mürgü vurmaqla başa vuran qapıçı, daha çox İspaniya Kral Kuboku qarşılaşmalarında meydana çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə