Dünən Türkiyə Superliqasının növbəti turu çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun \"Beşiktaş\" futbol klubu doğma azarkeşlər önündə \"Gaziantepspor\"u çətinliklə də olsa 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Olduqca kritik idman mübarizəsində keçən qarşılaşmada, \"Beşiktaş\"ın portuqaliyalı futbolçusu Almeydanın het-trik edərək rəqib qapısına 2 qol vurması, \"qara qartal\"a qələbə gətirib. İstanbul klubunun üçüncü qoluna isə Egemen Barış imza atıb.
Bundan başqa keçirilən digər qarşılaşmalarda \"Sivasspor\" \"Antalyaspor\"u, \"Manisaspor\" \"Samsunspor\"u, \"Kayserispor\" isə \"Mersin İdman Yurdu\"nu məğlub ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB