Azərbaycan Basketbol Federasiyasının hakimlərindən olan beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov Avrokubok oyunlarında iştirak edəcək. Siasport.az saytının verdiyi xəbərə görə, Ə.Həsənov yanvarın 25- də Rusiyanın Orenbuq şəhərində keçiriləcək qadınlararası Avroliqada "Nedejda"-"Fənərbaxça" oyununa hakimlik edəcək. Bundan sonra, o, fevralın 2-də Türkiyənin Kayseri şəhərində keçiriləcək qadınlararası Avropa Kuboku çərçivəsində "Kayseri Kaskispor-"Hainaut Basket" oyununda da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB