Azərbaycanlı qrossmeyster beynəlxalq şahmat festivalına qələbə ilə başlayıb

Azərbaycanlı qrossmeyster beynəlxalq şahmat festivalına qələbə ilə başlayıb

Cəbəllütariqdə beynəlxalq şahmat festivalı davam edir. AzərTAc xəbər verir ki, festivalın əsas Open-turnirində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun ilk rəqibi Braziliya təmsilçisi Molina Roberto Junio Britaya (2415) olub. Rusiyalı idmançı Pyotr Svidlerdən (2749) sonra turnirin ikinci reytinq favoriti olan şahmatçımız qara fiqurlarla qələbə qazanıb.

Yarışda Maykl Adams (İngiltərə, 2724), Zoltan Almaşi (Macarıstan, 2717), Le Kuanq Lyem (Vyetnam, 2714), Yudit Polqar (Macarıstan, 2710), Aleksey Şirov (Latviya, 2710), Viktor Lazniçka (Çexiya, 2704), Emil Sutovski (İsrail, 2703) və digər tanınmış şahmatçılar iştirak edirlər.

"Masters" turnirində 56 ölkədən 246 şahmatçı iştirak edir. İdmançılar İsveçrə sistemi üzrə 10 turda oynayacaqlar.

Turnirə fevralın 2-də yekun vurulacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə