\"Mirandes\" \"Espanyol\"u İspaniya Kubokundan kənarlaşdırdı!

\"Mirandes\" \"Espanyol\"u İspaniya Kubokundan kənarlaşdırdı!
Dünəndən İspaniya kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə doğma azarkeşləri qarşısında \"Espanyol\"u qəbul edən aşağı dəstə təmsilçisi \"Mirandes\" çətin də olsa La Liqada çıxış edən rəqibi üzərində qələbə qazanıb. Səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan aşağı liqa təmsilçisi bu məğlubiyyətin əvəzini çıxa bilib. İkinci hissənin başlanğıcında hesabda geri düşən meydan sahibləri matçın sonlarında qələbə topunu vurmaqla adını yarımfinala yazdırıb. Məhz bu qol \"Espanyol\"un yolunu kəsib. Qeyd edək ki, 1/4 final mərhələsinin qalan görüşləri isə bu axşam və sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə