Tovuzun "Turan" klubunun Premyer Liqada çıxış edib-etməyəcəyi sual altındadır. Buna səbəb qərb təmsilçisinin prezidenti Musa Süleymanovun komandanı maliyyələşdirməkdən imtina etməsidir.
Başqa sözlə desək, Musa Süleymanov klub rəsmiləri ilə görüşərək "Turan"ı maliyyələşdirmədiyini və daha komandanın prezidenti olmadığını rəsmən açıqlayıb. Məsələyə aydınlıq gətirmək üçün Musa Süleymanovla əlaqə saxladıq. Ancaq o, daha "Turan"la bağlı danışmaq istəmədiyini dedi.
"Turan" Premyer Liqada fəaliyyətini rəsmi olaraq dayandırmaq üçün Peşəkar Futbol Liqasına rəsmi məktub ünvanlamalıdır.
Xatırladaq ki, "Turan" klubu ötən ilin dekabr ayında fəaliyyətini dayandırdığını bəyan etmişdi. Buna səbəb tovuzluların hakimliyin səviyyəsindən narazı qalması idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB