AİBA Trabzonda keçiriləcək boks üzrə Olimpiya oyunlarında neçə lisenziya qazanılacağını açıqlayıb

AİBA Trabzonda keçiriləcək boks üzrə Olimpiya oyunlarında neçə lisenziya qazanılacağını açıqlayıb

AİBA Türkiyənin Trabzon şəhərində keçiriləcək boks üzrə Olimpiya oyunlarında neçə lisenziya qazanılacağını açıqlayıb.
Siasport.az saytı xəbər verir ki, Trabzondakı turnirdə cəmi 26 boksçu London Olimpiadasına vəsiqənin sahibi olacaq. Bakıda keçirilmiş dünya çempionatında 92 idmançı planetin ən böyük yarışında iştirak etmək hüququ qazanıb. Azərbaycan Trabzon turnirində 49, 56, 60, 69 və 81 kq çəki dərəcələrində təmsil olunacaq.
69 kiloqram çəki dərəcəsində mübarizə aparacaq boksçumuzu Olimpiadaya vəsiqə qazanmaq üçün daha çətin sınaq gözləyir. Belə ki, bu çəki dərəcəsində yalnız finalçılar Londona yollanmaq şansı əldə edəcəklər. 81 kq-da isə ilk 3 yerin sahibləri Olimpiadaya lisenziyaya yiyələnəcəklər. 49 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzun digərlərinə nisbətən işi daha asan olacaq. Bu çəkidə ilk 5 yeri tutan idmançılar Londona gedə biləcəklər. 56 və 60 kq çəki dərəcələrində 1-4-cü yeri tutan boksçular Olimpiadada iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə