Sumqayıtda “Sumqayıt kuboku” uğrunda futbol turnirinə start verilib

Sumqayıtda “Sumqayıt kuboku” uğrunda futbol turnirinə start verilib
"Sumqayıt" Peşəkar Futbol Klubunun (PFK) təşəbbüsü, Baş Gənclər və İdman İdarəsinin, Şəhər Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə şəhərdə "Sumqayıt kuboku" uğrunda futbol turniri start götürüb. Siasport.az saytı xəbər verir ki, yarış üç yaş dərəcəsi üzrə keçirilir. Yarışda 30-dan çox orta məktəbi təmsil edən komandalar iştirak edirlər. Onun sözlərinə görə, "Sumqayıt" PFK-nın yeniyetmə komandaları da onlara qoşulublar. Oyunlar olimpiya sistemi üzrə Mehdi Hüseynzadə adına şəhər stadionunun və Sumqayıt Dövlət Universitetinin süni örtüklü futbol meydançalarında keçirilir. Turnirin qalibi martın əvvəlində keçiriləcək finalda müəyyənləşəcək. Qeyd edək ki, "Sumqayıt" Peşəkar Futbol Klubu cari mövsümdən ölkə çempionatında çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə