Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ" futbol klubu itki ilə üzləşib. Siasport.az internet portalının verdiyi məlumata görə, dizində ağrı olan Qara Qarayev artıq Antalyanı tərk edib.
Həkim müayinəsindən sonra 19 yaşlı müdafiəçinin durumunun ciddi olduğu müəyyənləşib. Əməliyyata ehtiyac duyulduğundan futbolçu İstanbula yollanıb. Əməliyyat olunduqdan sonra bərpa prosesi keçəcək Q.Qarayev təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB