Artıq ölkəmizin bölgələrində də voleybola gənclərin marağı sürətlə yüksəlməkdədir. Siasport.az saytı xəbər verir ki, Saatlı rayonunda məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışlar 3 zonada və 4 qrupda keçirilib. Dairəvi sistem üzrə keçirilən birinciliyin final oyunları Qıraqlı kənd orta məktəbində keçirilib.
Final oyunlarında şəhər 2 nömrəli orta məktəbin komandası birinci, Fətəlikənd orta məktəbin idmançıları ikinci, Qarayevkənd orta məktəbin komandası üçüncü yeri tutublar. Qaliblərə rayon təhsil şöbəsinin kuboku, gənclər və idman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB