Güləşçilərimiz İstanbulda keçiriləcək beynəlxalq turnirə qatılacaqlar
Yanvarın 28-29-da Türkiyənin İstanbul şəhərində Vehbi Əmrənin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir keçiriləcək.
Siasport.az saytı xəbər verir ki, turnir yunan-Roma güləşi üzrə birinci Qızıl Qran-pri turniri xarakteri daşıyır.Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Türkiyə, İsveç, Gürcüstan, İtaliya, Cənubi Koreya, Belarus, Özbəkistan, Qazaxıstan, Yaponiya, Rusiya, İran, Ukrayna, Yunanıstan və Bolqarıstan pəhləvanları da iştirak edəcəklər.
Yarışda məşqçilər Salih Bora, Şaban Donat və Mutaalib Yerlikayanın rəhbərliyi altında Eldəniz Əzizli, Elçin Əliyev (hər ikisi 55 kq), Kamran Məmmədov, Orxan Paşayev, Sakit Cəlilov (hər üçü 60 kq), Həsən Əliyev, Vitali Rəhimov, Rəsul Çunayev (hər üçü 66 kq), Niyaməddin İbrahimov, Samuray Mustafayev, Elvin Mürsəliyev (hər üçü 74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) mübarizə aparacaqlar.
Turnirin proqramına əsasən, yanvarın 28-də 55, 66, 84 və 120 kq, yanvarın 29-da isə 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB