Yanvarın 28-29-da Qusarın Ləzə kəndi yaxınlığında donmuş şəlalələrdə buzadırmanma üzrə respublika çempionatı keçiriləcək.
Siasport.az saytı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, federasiya rəhbərliyi, bu sahədə təcrübəli mütəxəssis və idmançılar çempionatın təşkil olunmasına dair məsələləri müzakirə ediblər.
Görüş zamanı qərara alınıb ki, çempionat Beynəlxalq Alpinist Assosiasiyaları İttifaqının (UİAA) qaydalarına uyğun iki mərhələ üzrə - mürəkkəb dırmanma və sürət mərhələlərindən ibarət olaraq keçirilsin. Yarışda 1 qadın və 2 kişidən ibarət komandalar iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB