“Qəbələ” “Antalyaspor”la heç-heçəyə razılaşdı

“Qəbələ” “Antalyaspor”la heç-heçəyə razılaşdı
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ"nin 17 yaşadək futbolçulardan ibarət komandası üçüncü yoxlama oyununu keçirib.
Siasport.az saytı xəbər verir ki, yerli "Antalyaspor"un əvəzedici komandası ilə üz-üzə gələn "Qəbələ", bu qarşılaşmadan 2:2 hesablı nəticə ilə ayrılıb.
Qarşılaşmada qolları "Qəbələ"nin heyətində Əsgər Nəbiyev və Fərid Hacıyev rəqib komandanın qapısından keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə