Bəhram Bağırzadə maskot üçün ad təklif edib

Bəhram Bağırzadə maskot üçün ad təklif edib
FİFA-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 maskotu adının müəyyənləşdirilməsi ilə əlaqədar elan olunmuş müsabiqəyə təkliflər gəlməkdə davam edir. Siasport.az saytının AFFA-nın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, təklif göndərənlər siyahısında "Parni iz Baku" Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə də yer alıb. Belə ki, B.Bağırzadə təklifinin "Top Top xanım" olduğunu qeyd edib. Məlumat üçün bildirək ki, o, maskotu belə adlandırmasının səbəbini "Top Top xanım" adının futbol atributlarından biri olan top sözü ilə bağlılığını vurğulayıb. Bundan əlavə "top" sözünün bir neçə dildə "ən yaxşı" mənasını verdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə