Arda Turan İspaniyada uğurla çıxış edən ən bacarıqlı türk futbolçudur!
İspaniya La Liqasının 2011-2012-ci futbol mövsümünün başa çatan ilk dövrəsində uğurla çıxış edən ən bacarıqlı türk futbolçunun kimliyinə aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, İspaniya La Liqasında mövsümün ilk 19 həftəsində keçirilən qarşılaşmalarda 13 dəfə ilk 11-likdə olmaq şərti ilə 17 qarşılaşmada forma geyən "Atletiko Madrid" futbol klubunun hücumçusu Arda Turan, ən bacarıqlı futbolçu seçilib.1244 dəqiqə yaşıl meydanlarda top qovan keçmiş "Qalatasaray"lı futbolçu, 1 qol və 5 dəqiq ötürmə ilə yadda qalıb. O, eyni zamanda hakimlər tərəfindən 5 sarı vərəqə ilə "qiymətləndirilib." Hazırda "Valensiya"da forma geyən Mehmet Topal isə 7-si ilk 11-likdə olmaq şərti ilə 9 qarşılaşmada 703 dəqiqə meydanda olub və 3 sarı vərəqə görüb. Hazırda Madrid "Real"ında çıxış edən türk əsilli futbolçu Məsut Özil isə 13-ü ilk 11-likdə olmaq şərti ilə 17 qarşılaşmada 1229 dəqiqə meydanda olub. M.Özil, həmçinin 2 sarı vərəqə ilə cəzalandırılıb və 9 ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB