“Böyük Dəbilqə” turnirində Azərbaycan neçə idmançı ilə təmsil olunacaq?

“Böyük Dəbilqə” turnirində Azərbaycan neçə idmançı ilə təmsil olunacaq?
Xəbər verdiyimiz kimi, fevralın 4-5-də Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, artıq bu turnirdə mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti də açıqlanıb. Belə ki, məşqçilər korpusu London-2012-yə lisenziya xalı verəcək yarışda 9 idmançını sınamağa qərar veriblər. Bunlar İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadır (63 kq). Qeyd edək ki, mükafat fondu 150 min ABŞ dolları olan "Böyük Dəbilqə"də 104 ölkənin 709 (420 kişi, 289 qadın) cüdoçusu qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə