Vüqar Həşimov Hollandiyada keçirilən şahmat turnirində ilk qələbəsini qazanıb
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə superturnirin səkkizinci turunda Vüqar Həşimov ilk qələbəsini qazanıb. Siasport.az saytı xəbər verir ki, Azərbaycan şahmatçısı holland Anişa Girini məğlub edib. Görüşdə Naydorf sisteminin Siciliya müdafiəsi tətbiq olunub.
Turun digər iştirakçıları arasındakı görüşlər heç-heçə nəticələnmişdir: Teymur Rəcəbov (Azərbaycan)-Maqnus Karlsen (Norveç), Veselin Topalov (Bolqarıstan)-Levon Aronyan (Ermənistan), Fabiano Karuana (İtaliya)-Vasili İvançuk (Ukrayna), Sergey Karyakin (Rusiya)-Hikaru Nakamura (ABŞ), Boris Gelfand (İsrail)-Qata Kamski (ABŞ), David Navara (Çexiya)-Lyuk van Veli (Hollandiya).
Səkkizinci turdan sonra iştirakçıların turnir cədvəlindəki vəziyyət belədir: Aronyan və Karlsen (hərəsinin 5,5 xal), Rəcəbov (5 xal), İvançuk, Karyana, Nakamura (hərəyə 4,5 xal), van Veli, Giri ( hərəyə 4 xal), Kamski, Karyakin, Topalov (hərəyə 3,5 xal), Həşimov, Gelfand (hərəyə 3 xal), Navara (2 xal).

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB