Dünyanın aparıcı araşdırma şirkətlərindən olan TNS Globalın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95%-nin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyi üçün namizədliyini dəstəklədiyini aşkar edib.Gənclər və İdman Nazirliyindən Siasport.az saytına verilən xəbərə görə, 2011-ci ilin dekabrında keçirilən rəy sorğusunun nəticələrinə əsasən ölkə əhalisinin 93%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır. Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50%- i Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacaqlarını, həmçinin, 30% iştirakçı isə Olimpiya Oyunlarının paytaxtımızda uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək olmağa hazır olduqlarını bildiriblər. Aparılmış sorğuya münasibətini bildirən "Bakı-2020" Təşkilat Qrupunun icraçı direktoru Könül Nurullayevanın fikrincə, sorğunun nəticələri Təşkilat Qrupunun fikrini bir daha təsdiq edir. Belə ki, K. Nurullayeva sorğu haqda bunları deyib: "Ölkə Prezidentindən tutmuş məktəbdəki şagirdlərədək əhalimiz yekdilliklə Bakının Olimpiya oyunlarına namizədliyini dəstəkləyir. Paytaxtımızın namizədliyi üçün Milli Olimpiya Komitəmiz, müxtəlif idman federasiyaları və geniş ictimaiyyət də böyük səylər ortaya qoyurlar."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB