"Bavariya" darmadağın oldu, "Borussiya" "Hamburq"a futbol dərsi keçdi!

"Bavariya" darmadağın oldu, "Borussiya" "Hamburq"a futbol dərsi keçdi!
Almaniya Bundesliqasında keçirilən XVIII-ci turun bir sıra qarşılaşmalarında sürpriz nəticələr qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, əsas diqqət mərkəzində olan qarşılaşmada, "Bayern Münhen", səfərdə Münhenqladbaxtura "Borussiya"sına 0:3 hesabı ilə məğlub olub. "Pivəçilər"in bu məğlubiyyətləri, turnir cədvəlindəki liderlik baxımından onlar üçün baha başa gəlib.
Belə ki, Dortmundun "Borussiya" klubu "Bavariya"nın son turda xal itirməsindən maksimum yararlanıb. Səfərdə "Hamburq"un qonağı olan "Borussiya" rəqibini darmadağın edib. "Bayer" klubu isədoğma azarkeşləri önündə "Mainz"i 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. Almaniya Bundesliqasında keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:

"Borussiya" (Münhenqladbax) - "Bavariya" - 3:1
"Volfsburq" - "Köln" - 1:0
"Nürnberq" - "Herta" (Berlin) - 2:0
"Hoffenhaym" - "Hannover" - 0:0
"Şalke" - "Ştuttqart" - 3:1
"Frayburq" - "Augsburq" - 1:0
"Kayzerslautern" - "Verder" (Bremen) - 0:0
"Hamburq" - "Borussiya" (Dortmund) - 1:5
"Bayer" (Leverkuzen) - "Mainz" - 3:2

Bütün xəbərlər Facebook səhifəmizdə