Xəbər verdiyimiz kimi, "Neftçi" peşəkar futbol klubunun yetirməsi, eyni zamanda İngiltərənin "Everton" klubuna məxsus olan millimizin üzvü Araz Abdullayev Yunanıstanın "Panionios" klubunda çıxış edir. Siasport.az saytının verdiyi xəbərə görə, A. Abdullayevin komandası Superliqada "PAOK" klubu ilə qarşılaşıb. 90 dəqiqə meydanda çıxış edən yarımmüdafiəçi, gözəl oyunu ilə həm azarkeşlərin, həm də məşqçilər korpusunun rəğbətini qazanıb. Qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda vurulan yeganə qol 9-cu dəqiqəyə təsadüf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB