”Xəzər Lənkəran” Türkmənistan millisini 3:1 hesabı ilə məğlub edib

”Xəzər Lənkəran” Türkmənistan millisini 3:1 hesabı ilə məğlub edib
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" klubu təlim-məşq toplanışı keçirmək üçün Türkiyənin Antalya şəhərinə səfər edib. Klub bu günə qədər bir neçə dəfə meydana çıxaraq məşqlər keçirib. Siasport.az saytı xəbər verir ki, "Xəzər Lənkəran"la Türkmənistan millisi arasında yoldaşlıq oyunu baş tutub. Meydana Kamran Ağayev, Eder Bonfim, Elnur Allahverdiyev, Elvin Beqiri, Adrian Pit, Andrey Mureşan, Rahid Əmirquliyev, Elnur Abdullayev, Katalin Doman, Antonio Semedo, Branimir Subaşiçin yer aldığı heyət ilə çıxan cənublular oyunun 4-cü dəqiqəsində penalti qazanıblar. Branimir Subaşiçə qarşı olan kobudluq türkmənlərə baha başa gəlib. Andrey Mureşinin penaltini dəqiq yerinə yetirməsi nəticəsində hesab açılıb. Qarşılaşmanın 23-cü dəqiqəsində isə Katalin Domanın gözəl kombinasiyası hesabı biraz da artırıb. Birinci hissə 2:0 hesabı ilə "Xəzər Lənkəran"ın xeyrinə yekunlaşıb. İkinci hissəyə daha inamlı başlayan Türkmənistan millisi hesabı dəyişdirməyə müvəffəq olub. Cərimə zərbəsindən sonra top rəqib qapısına yol tapa bilib. Xatırladaq ki, "Xəzər Lənkəran"ın heyətində ikinci hissəyə gənc oyunçular, Fikrət Ulduzlu, Elvin Mirzəyev, Kamran Abdullazadə və Akif Tağıyev buraxılıb. Oyunun sonuna 15 dəqiqə qalmış cənubluların heyətində baxışda olan Türkmənistanlı Elman Taqayev həmyerlilərini məyus edib. Görüş 3:1 hesabı ilə "Xəzər Lənkəran"ın qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə