"İnter", "Latsio" səddini çətinliklə keçdi!

"İnter", "Latsio" səddini çətinliklə keçdi!

Dünən İtaliya A Seriyasının XIX-cu turuna yekun vurulub. Siasport.az saytı xəbər verir ki, səfərdə "Novara"nın qonağı olan "Milan", rəqibini 3 cavabsız qolla məğlub edib. İtaliya A seriyasının daha bir böyük klubu sayılan "Udineze" də, doğma azarkeşləri qarşısında "Kataniya"nı 2:1 hesabı ilə məğlub edib. Ən əsas prinsipial qarşılaşma isə, "İnter"lə "Latsio" arasında baş tutub. Belə ki, olduqca dramatik keçən qarşılaşmada Milan təmsilçisi 2:1 hesablı qələbəyə sevinən tərəf olub. İtaliya A Seriyasının XIX-cu turunun bütün qarşılaşmalarını və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:


"Roma" - "Çezena" - 5:1
"Atalanta" - "Yuventus" - 0:2
"Boloniya" - "Parma" - 0:0
"Udineze" - "Kataniya" - 2:1
"Novara" - "Milan" - 0:3
"Siena" - "Napoli" - 1:1
"Kalyari" - "Fiorentina" - 0:0
"Palermo" - "Genua" - 5:3
"Leççe" - "Kievo" - 2:2
"İnter" - "Latsio" - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə