"Qalatasaray" səfərdə xal itirdi, "Fənərbaxça" isə "Şükrü Saracoğlu"da rəqibini darmadağın etdi!

"Qalatasaray" səfərdə xal itirdi, "Fənərbaxça" isə "Şükrü Saracoğlu"da rəqibini darmadağın etdi!
Futbol üzrə Türkiyə Superliqasının XXI-ci turunun qarşılaşmalarına dünən yekun vurlub. Siasport.az satyı xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri olan istanbulun "Qalatasaray" futbol klubu, səfərdə "Eskişehirspor"la qarşılaşıb. Olduqca soyuq hava şəraitində və ağır şərtlər altında keçirilən qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb. Əzəli rəqibinin xal itkisindən məharətlə istifadə edən "Fənərbaxça" isə, "Şükrü Saracoğlu" stadionunda "Kayserispor"u 4:0 hesabı ilə darmadağın edərək, "Qalatasaray"la xal fərqini 2-yə endirib. Digər qarşılaşmalarda "Ankaragücü" öz meydanında "Gənclərbirliyi"nə 0:1 hesabı ilə məğlub olub. "Qaziantepspor" - "Mersin İdmanyurdu"na 1:0 hesabı ilə qalib gəlib. Keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
"Qaziantepspor" - "Mersin İdmanyurdu" - 1:0
"Antalyaspor" - "Beşiktaş" - 1:2
"İstanbul BB" - "Manisaspor" - 3:2
"Samsunspor" - "Orduspor" - 2:0
"Karabükspor" - "Trabzonspor" - 2:1
"Bursaspor" - "Sivasspor" - 1:2
"Fənərbaxça" - "Kayserispor" - 4:0
"Ankaragücü" - "Gənclərbirliyi" - 0:1
"Eskişehirspor" - "Qalatasaray" - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə