Madridin "Atletiko" klubu futbol üzrə İspaniya çempionatının 1-ci turunun təxirə salınmıq oyununda "Real Sosyedad"ı darmadağın edib. Qarşılaşma 4:0 hesabı ilə başa çatıb.
Oyunun qəhrəmanı "Atletiko"nun kolumbiyalı hücumçusu Radamel Falkao olub. O, het-trikə imza atıb. Kolumbiyalı hücumçu oyunun hələ 3-cü dəqiqəsində penalti zərbəsi ilə hesabı açıb. O, 83-cü və 90-cı dəqiqələrdə daha iki qol vurub. "Atletiko"nun digər hücumçusu Adrian Lopes isə 47-ci dəqiqədə fərqlənib. Qeyd edək ki, Madrid klubunun türkiyəli oyunçusu Arda Turan 86 dəqiqə meydanda olub.
Bu qələbə sayəsində "Atletiko" 26 xalla İspaniya çempionatında turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. "Real Sosyedad" isə 21 xalla 14-cü yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB