“Qəbələ”nin 17 yaşlı futbolçuları Türkiyə klubunu darmadağın ediblər

“Qəbələ”nin 17 yaşlı futbolçuları Türkiyə klubunu darmadağın ediblər
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 17 yaşadək futbolçulardan ibarət komandası ikinci yoxlama oyununu keçirib.
Siasport.az saytı xəbər verir ki, Antalyada keçirdiyi ilk matçda "Antalya Kunduspor"un 16 yaşlılardan ibarət kollektivi ilə qarşılaşan "Qəbələ", bu dəfə eyni klubun U-18 komandası ilə üz-üzə gəlib.Oyunun start fitindən əvvəl 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Qəbələ" matça qara sarğı ilə çıxıb. İlk oyunda 7:0 hesabı ilə məğlub olan "Antalya Kunduspor" bu dəfə də qapısından 4 cavabsız top buraxıb."Qəbələ"nin heyətində Coşqun Süleymanov (2 top), Məhəmməd Hüseynov və Fərid Hacıyev fərqləniblər. Yanvarın 24-dək Antalyada hazırlıq keçəcək U-17 yanvarın 23-də son yoxlama matçında Rusiyanın 16 yaşa qədər futbolçulardan ibarət millisi ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə