Tiflisdə qadınlar arasında şahmat üzrə yarış keçiriləcək

Tiflisdə qadınlar arasında şahmat üzrə yarış keçiriləcək

Fevralın 17-22-də Tiflisdə qadınlar arasında Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə yarış keçiriləcək.
Siasport.az saytı xəbər verir ki, turnirdə ölkəmizi qrossmeyster Zeynəb Məmmədyarova təmsil edəcək. İdmançımızın yarışda rəqibləri Aleksandra Kostenyuk, Nadejda və Tatyana Kosinseva (Rusiya), Nana Caqnidze, Maya Çeburdanidze (Gürcüstan), Viktoriya Çmilite (Litva), Antoaneta Stefanova (Bolqarıstan), Anna Muzıçuk (Sloveniya), Katerina Lahno (Ukrayna), Pia Kramlinq (İsveç) və Anna Zatonskix (ABŞ) olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə