Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin nöbədənkənar toplantısı keçirilir-YENİLƏNİB
Bu gün Bədən Tərbiyəsi və İdman Akademiyasında "Tələbə Futbol Federasiyası" (TFF) İctimai Birliyinin növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncağın məqsədi TFF-in yeni prezidenti, vitse-prezidenti, baş katibi və icraiyyə komitə üzvlərinin seçilməsi olub. Siasport.az saytının məlumatına görə, toplantı "20 Yanvar" faciəsinin 1dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə TFF-in ötən dövr ərzində universitetlər arası keçirdiyi çempionatların xronologiyasını əks etdirən video-çarx nümayiş olunub. Məclis iştirakçılar İctimai Birliyin hesabatını dinləyiblər. Qeyd edək ki, İcraiyyə Komitəsinin sədri Şaiq Həmidovun rəhbərliyi ilə keçirilən toplantıda seçki komissiyasının sədri, təşkilat komitəsi və nümayəndələr seçilib. Məlumat üçün bildirək ki, hazırda toplantı davam edir. Yeni sədr kimin seçildiyi haqda məlumat veriləcək.
Orxan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB