"Lill" 23 yaşlı futbolçunu 11,4 milyon avroya transfer etdi

"Lill" 23 yaşlı futbolçunu 11,4 milyon avroya transfer etdi
Futbol üzrə son Fransa çempionu "Lill" heyətini daha bir futbolçu ilə gücləndirib. Siasport.az saytı xəbər verir ki, Fransa çempionu, "Brest" futbol klubunda çıxış edən Nolan Nouxla 4,5 illik müqavilə imzalayaraq onu heyətinə qatıb. "Lill" futbol klubunun rəsmi saytında yerləşdirilən məlumatda, bu transferin maliyyə tərəfləri açıqlanmasa da, Fransa mətbuatı "Lill"in 23 yaşlı futbolçuya görə "Brest"ə 11,4 milyon avro ödədiyini yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə