FİDE və ŞPA prezidentləri görüşüblər

FİDE və ŞPA prezidentləri görüşüblər
Beynəlxalq Şahmat Federasiyası ilə (FİDE) Şahmat Professionalları Assosiasiyası (ŞPA) əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Siasportaz saytı xəbər verir ki, bu barədə məlumat FİDE-nin rəsmi saytında yerləşdirilib. Məlumara görə, FİDE prezidenti Kirsan İlümjinov ŞPA-nın yeni seçilmiş prezidenti qrossmeyster Emil Sutovski ilə görüşüb və əlaqələri genişləndirmək barədə fikir mübadiləsi aparılıb.Görüşdə FİDE-nin vitse-prezidentləri Georgios Makropulos və İzrael Gelfer iştirak ediblər. Tərəflər professional şahmatın bütün məsələləri üzrə daimi dialoq və əməkdaşlıq barədə razılıq əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə