“Bizim boksçuların gözlərinə baxın, sizə hər şey bəlli olacaq” - FOTO

“Bizim boksçuların gözlərinə baxın, sizə hər şey bəlli olacaq” - FOTO

"Sərhədçi" Olimpiya idman mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunun Baku Fires (Azərbaycan) və Istanbul Bosphorus (Türkiyə) komandaları arasında keçiriləcək bugünkü matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib.

SİA-nın xəbərinə görə, Ümumxalq Matəm günü ilə əlaqədar tədbir sükut dəqiqəsi ilə başlanıb.

İlk olaraq WSB-nin supervayzeri Devid Frensis giriş nitqi ilə çıxış edib: "Hər iki komandaya matçda uğurlu çıxış arzu edirəm. Düşünürəm ki, döyüşlər çox maraqlı keçəcək. Hər iki komanda çox yaxşı formadadır".

Çəki mərasimdən sonra Baku Fires-ın baş meneceri Rizvan Gənciyev, komandamızın baş məşqçisi Həmzət Ağayev və qonaqların məşqçisi Seyfulla Dumlupinar KİV nümayəndələri ilə öz fikirləri ilə bölüşüblər.

\"Qardaş ölkədə olmaq bizə çox xoşdur\",- deyən Türkiyə komandasının məşqçisi hər iki komandaya uğurlar, azarkeşlərə isə xoş təəssüratlar arzu edib. O qeyd edib ki, onlar qələbə çalmaq üçün gəliblər: \"Lakin Baku Fires qrupun lideri və bizə müvəffəqiyyət əldə etmək çox çətin olacaq\".

Qonaqları salamlayan Rizvan Gənciyev deyib ki, onları çox maraqlı qarşılaşma gözləyir: "Bildiyiniz kimi, "transfer pəncərəsi" zamanı biz komandanı bir neçə lazımlı boksçularla gücləndirdik. Düşünürəm ki, onlar bizim kollektivə uyğun gələcəklər və komandanı gücləndirəcəklər. Növbəti matçlarda onların döyüşməyini görəcəksiniz".

Xatırladırıq ki, Baku Fires rusiyalı Məhəmməd Qurbanovu da öz heyətinə cəlb edə bildi.

Ümumdünya Boks Seriyasının (WSB) rəsmi saytı Baku Fires-ın boksçusu Mədadi Nağzibəyov və türk Bunyamin Aydın arasındakı qarşılaşmanı 7-ci həftənin əsas döyüşü adlandırıb.

Komandalın heyətləri:

Baku Fires - Istanbul Bosphorus

54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Aydın Sakal (Türkiyə)

61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Bunyamin Aydın (Türkiyə)

73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Erol Ozkal (Türkiyə)

85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Caner Sayak (Türkiyə)

+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Aleksey Sivko (Ukrayna)

Turnir cədvəli:

Baku Fires – 18 xal, döyüşlərin fərqi - 25-5 (6 matç)

Leipzig Leopards – 10, 15-15 (6)

Mexico City Guerreros – 10, 16-13 (6)

Istanbul Bosphorus – 8, 14-16 (6)

Paris United – 7, 9-15 (5)

Beijing Dragons – 3, 5-20 (5)

Bütün xəbərlər Facebook səhifəmizdə