“Qəbələ”nin 13 yaşlı futbolçuları riqalı həmyaşıdlarını darmadağın ediblər

“Qəbələ”nin 13 yaşlı futbolçuları riqalı həmyaşıdlarını darmadağın ediblər

Xəbər verdiyimiz kimi "Qəbələ" Futbol klubunun 13 yaşa qədər olan futbolçularından ibarət komandası Latviyaya ənənəvi "Riga Open Cup" turnirində iştirak etmək üçün səfər etmişdi.

Siasport.az saytının "Qəbələ"nin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, 13 yaşlı futbolçular vətənə sevindirici xəbərlə qayıdırlar. Belə ki, "Qəbələ" klubu "Riga FC" ilə keçirdiyi final qarşılaşmasında rəqibinə meydanda göz açmağa imkan verməyib. Hesab 11:1 hesabı ilə Azərbaycan komandasının üstünlüyü ilə başa çatıb.

Məlumat üçün bildirək ki, "Qəbələ"nin heyətində Fərid Nəbiyev 3, Cavidan Qasımlı 3, Elvin İmanlı 2, Əli Məzahirli, Faiq Hacıyev, Murad Qasımlı isə hərəyə 1 qolla kubokun əldə olunmasında rol oynayıblar.

Qeyd edək ki, "Qəbələ"nin heyətində oynayan Cavidan Qasımlı turnirin ən yaxşı oyunçusu, Elvin Məmmədov isə rəqibləri 8 dəfə məyus edərək ən sərrast futbolçu nominasiyasının qalibləri olublar.


Bütün xəbərlər Facebook səhifəmizdə