Bu axşam “İqtisadçı” “Yamamay”la qarşılaşacaq

Bu axşam “İqtisadçı” “Yamamay”la qarşılaşacaq
Bu gün qadın voleybolçular arasında CEV kuboku yarışlarının səkkizdəbir final mərhələsinə yekun vurulacaq. Siasport.az saytı xəbər verir ki, yarışda ölkəmizi təmsil edən paytaxtın "İqtisadçı" klubu Bakı İdman Sarayında İtaliyanın "Yamamay" komandasını qəbul edəcək. Oyunu finlandiyalı baş hakim Sari Kolehmaynen idarə edəcək. Ona israilli hakim Roy Qoren kömək edəcək.
Xatırladaq ki, komandalar arasında İtaliyada keçirilən ilk görüş "Yamamay"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə