Yunanıstanın "Panionios" futbol klubunda çıxış edən futbol üzrə Azərbaycan millisinin futbolçusu Araz Abdullayev, Yunanıstan kubokunun ¼ və ½ final mərhələsində bu ölkənin ən titullu klublarından sayılan "Olimpiakos"la münasibətlərə aydınlıq gətirməli olacaq. Siasport.az saytı xəbər verir ki, 1/8 finalda "Panatinaikos"u (20 qat Yunanıstan çempionu və 17 qat kubok sahibi)mübarizədən kənarlaşdıran A.Abdullayevin komandası, bu dəfə ölkənin ən titullu komandası ilə görüşəcək. Xatırladaq ki, "Panionios"un 1/4 finalda rəqibi olan "Olimpiakos" 38 dəfə Yunanıstan çempionluğunu, 24 dəfə isə ölkə kubokunu başı üzərinə qaldırıb. Bu qarşılaşma fevralın 25-də Pireydə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB