Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “20 Yanvar” faciəsi yad olunub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda (GYF) 20 Yanvar faciəsinə həsr olunmuş "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda tədbir həyata keçirilib. Siaspor.az saytının Baş İdarənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, 20 yanvar cəmiyyətinin sədri Soltan Əzimzadə çıxış edib. Tədbirin sonunda "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir" mövzusunda elan olunmuş inşa yazı müsabiqəsində I, II, III yerləri tutan və fərqlənən şagirdlərin mükafatlandırma mərasimi keçirilib. I, II, III yerləri tutmuş və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB