“Bakı Sualtı Ovçular Klubu” ilk turnirini “Şəfa” stadionunda keçirəcək

“Bakı Sualtı Ovçular Klubu” ilk turnirini “Şəfa” stadionunda keçirəcək
Yanvarın 22-də Azərbaycanda yaradılan "Bakı" Sualtı Ovçular Klubu tərəfindən Birinci Respublika Sualtı Hədəfə Atıcılıq Turniri keçiriləcək. SİA-nın məlumatına görə, turnir "Şəfa" İdman Kompleksində baş tutacaq.


Yarışmaya iştirakçı qismində ölkədə fəaliyyət göstərən sualtı ovçuluq klublarının nümayəndələri, eləcə də su idman növləri ilə maraqlanan həvəskar idmançılar qatılacaqlar. Turnirə həmçinin Azərbaycanda sağlam və aktiv həyat tərzini təbliğ edən idman klubları və hərəkatlarının (Offroad.az, Mountain Club) təmsilçilərinin də qatılacağı gözlənilir.


Qeyd edək ki, "Bakı" Sualtı Ovçular Klubunun fəaliyyətinin məqsədi ölkədə aktiv su idman növlərinin populyarlaşdırılması və sağlam və fəal həyat tərzinin təbliğindən ibarətdir. Yaxın zamanlarda klubun rəsmi veb-səhifəsi (www.bakuspearfishing.az) idman həvəskarlarının istifadəsinə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə