Fatih Terim Ronaldinyonun "Qalatasaray"a transferi üçün "yaşıl işıq yandırdı"...
Bir neçə həftədir ki, məşhur braziliyalı futbol ulduzu Ronaldinyonun İstanbulun "Qalatasaray" futbol klubuna transferi barədə həm Türkiyə mətbuatında, həm də dünyanın aparıcı idman nəşrlərində ciddi müzakirələr aparılır. Siasport.az saytı xəbər verir ki, Türkiyə mətbuatı, Ronaldinyonun yüksək transfer məblıği üzündən "Qalatasaray"a gəlməsinə eto qoyan baş məşqçi Fatih Terimi daha çox müzakirə və qınaq hədəfinə alıb. Dünən isə 57 yaşlı futbol mütəxəsissi, Ronaldinyo transferi ilə bağlı şok açıqlamalarla çıxış edib. "İmperator" ləqəbli baş məşqçi bildirib ki, onun söylədiyi fikirlər hələ o anlama gəlmir ki, braziliyalı futbol ulduzunun "Qalatasaray"a transferini mümkünsüz hesab etmək lazımdır: "Düzdür, mən yüksək transfer şərtləri üzündən onun "Qalatasaray" üçün ağır nir maliyyə yükü olacağı barədə "Qalatasaray"ın prezidenti Ünal Aysala fikirlərimi bildirmişəm. Amma əgər rəhbərlik bütün bunları gözə alıb ulduz futbolçunu heyətimizə daxil etmək istəyirsə, bunun üçün heç bir problem yoxdur."-deyə F.Terim fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB