Vaqif Cavadov: “Qarabağ”da hələ bitməyən işim var"

Vaqif Cavadov: “Qarabağ”da hələ bitməyən işim var"

"Əslində bunu yeni transfer kimi qiymətləndirmək olmaz. 17 yaşım olanda "Qarabağ" mənə sahib çıxmışdı. 3 il gözəl anlar keçirtmişdim "Qarabağ"da". Bu sözləri "Qarabağ"a qayıdan Vaqif Cavadov deyib.

Bu gün "Qarabağ"da ilk məşqinə çıxan futbolçu hisslərindən danışıb: "Təəssüf ki, "Tvente" macərası məndən asılı olmayan səbəblərə görə alınmadı. Ağır zədə almağım vəziyyəti çətinləşdirdi. Amma cəmi 22 yaşım var. Gələcəyim hələ qabaqdadır. "Qarabağ"da hələ bitməyən işim var. Bu komanda mənə çox doğmadır. "Tvente"yə gedərkən mütləq "Qarabağ"a qayıdacağımı demişdim. Hətta başqa komandalarda oynayanda belə "Qarabağ" mənim üçün xüsusi olub. "Qarabağ" mənim üçün mənəvi bağlarla yanaşı, başqa amillərə görə də uğurludur. Çünki, oyun üslübumun "Qarabağ"a uyğun gəldiyini düşünürəm".

"Burada futbol üçün hər şey var. Hətta "Volqa"da oynayarkən ruslara verdiyim müsahibədə "Qarabağ"ın futbolu bilən rəhbərliyinin, əla kollektivinin və güclü baş məşqçisinin olduğunu bildirmişdim. Belə də 2-ci evimə qayıtmışam. Parladığım, tanındığım komandaya daha çox xeyir vermək istəyirəm. İnanrıam ki, "Qarabağ" camiəsi üçün ən yaxşını edə biləcəm. Azarkeşlərimiz "Tvente"də olanda məni həmişə dəstəkləyirdi. İndi vurduğum qollar və komandama xeyir verməklə yenidən onları sevindirmək istəyirəm",- deyə Cavadov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə