Güləşçi qızlarımız Ukraynada təlim-məşq toplanışında iştirak edəcəklər
Yeniyetmə qızlardan ibarət Azərbaycan yığma komandası təqvim planına əsasən beynəlxalq yarışlara hazırlıq məqsədilə yanvarın 22-dən fevralın 2-nə qədər Ukraynanın Krivov-Roq şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Siasport.az saytının məlumatına görə, 10 nəfərdən ibarət olacaq yığmanın təlim-məşq prosesinə rəhbərliyi böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanova edəcəklər. Səfərə çıxacaq yığmanın siyahısı belədir:
1. Ələkbərova Sahilə 40 kq
2. Nəsirova Türkan 43 kq
3. Əliyeva Arzu 46 kq
4. Məmmədova Ayan 49 kq
5. İsmayilova Almaz 52 kq
6. Qurbanzadə Ragnetta 65 kq
7. Pavliv Hanna 44 kq
8. Yarmalyuk Katerina 52 kq
9. Kolesnik Alyona 56 kq
10. Korin Darya 70 kq
Məlumat üçün qeyd edək ki, təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilər fevralın 03-05 tarixlərində keçiriləcək açıq Respublika turnirində də çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB