"Volqa"dan qovulan Vaqif Cavadov bu gün "Qarabağ"la ilk məşqinə çıxacaq

"Volqa"dan qovulan Vaqif Cavadov bu gün "Qarabağ"la ilk məşqinə çıxacaq
Xəbər verdiyimiz kimi, Rusiyanın "Volqa" futbol klubundan kənarlaşdırılan Vaqif Cavadov, yenidən Ağdamın "Qarabağ" futbol klubuna qayıdaraq, 2007-2009-cu illərdə oynadığı Azərbaycan klubu ilə 2,5 illik müqavilə imzalayıb. Siasport.az saytı Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu artıq "Qarabağ"ın Antalyadakı təlim-məşq toplanışına qatılıb. V.Cavadov elə bu gün "Qarabağ"la ilk məşqinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə