“Qəbələ”nin gənc futbolçuları Türkiyə klubunu darmadağın ediblər

“Qəbələ”nin gənc futbolçuları Türkiyə klubunu darmadağın ediblər
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 17 yaşadək futbolçulardan ibarət komandası ilk yoxlama oyununu keçirib.Siasport.az saytı "Qəbələ" futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, yerli "Antalya Kunduspor"la qarşılaşan komandamız rəqib qapısından 7 cavabsız top keçirib. "Qəbələ"nin heyətində Fərid Hacıyev (3 top), Coşqun Süleymanov (2 top), Əsgər Nəbiyev və İbrahim Aslanlı fərqləniblər. Komandamız növbəti oyununu yanvarın 20-də Rusiyanın "Zenit" klubunun U-18 kollektivinə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə