Ağır atletlərimiz Səudiyyə Ərəbistanına yollanırlar

Ağır atletlərimiz Səudiyyə Ərəbistanına yollanırlar
Xəbər verdiyimiz kimi, yanvarın 28-dən fevralın 2-dək Səudiyyə Ərəbistanının Dammam şəhərində ağırlıqqaldırma üzrə İslam Ölkələrinin Həmrəylik çempionatı keçiriləcək.
Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycanın idman şərəfini gənclərdən ibarət milli komandamızın üzvləri Paşa İbrahimli, Rauf Nəbiyev (hər ikisi 62 kq), Firudin Quliyev, Elxan Əliquluzadə (hər ikisi 69 kq), Nicat Rəhimov (77 kq), Namiq Cəmilov, Turan Abdullayev (85 kq) və Nailxan Nəbiyev (94 kq) qoruyacaqlar. Çempionatda idmançılarımız məşqçi Nizami Paşayev və Xanlar Nəbiyevin rəhbərliyi altında mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə