Sambo üzrə Bakı şəhər birinciliyi keçirilib

Sambo üzrə Bakı şəhər birinciliyi keçirilib
Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə sambo üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda 10 çəki dərəcəsi üzrə 16 cəmiyyət və idman klubunu əhatə edən 240 idmançı iştirak edib. Yarışda iştirak edən idmançılardan 48 kq çəki dərəcəsində I yerə Muradov Rəşad (Neftçi İSM), 52 kq çəki dərəcəsində I yerə Dünyamalıyev Elşən (Neftçi İSM), 56 kq çəki dərəcəsində I yerə Ümidov Cavidan (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə İsmayılov Samir (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Mirzəzadə Xəyal (Neftçi İSM), 70 kq çəki dərəcəsində I yerə Qarayev Orxan (Pəhləvan İK), 75 kq çəki dərəcəsində I yerə Ananyev Mixail (Neftçi İSM), 81 kq çəki dərəcəsində I yerə Əliyev Rəşad (11№-li UGİM), 87 kq çəki dərəcəsində I yerə Orucov Nizaməddin (Neftçi İSM), +87 kq çəki dərəcəsində I yerə Əhmədov Əmiraslan (Kano Kan TT) layiq görülüb. Sonda qeyd edək ki, Birincilikdə I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olubunlar.

Bütün xəbərlər Facebook səhifəmizdə