“Xəzər Lənkəran” ilk təlim-məşq toplanışın keçirib

“Xəzər Lənkəran” ilk təlim-məşq toplanışın keçirib
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" klubu təlim-məşq toplanışı keçirmək üçün Türkiyənin Antalya şəhərinə səfər edib. Siasport.az saytının məlumatına görə, artıq komanda iki gündür ki, təlimlərini intensiv olaraq həyata keçirir. Klubdan verilən xəbərə görə, futbolçular hər gün səhər texniki, axşamlar isə taktiki planda məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirirlər. Xatırladaq ki, "Xəzər Lənkəran" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində 5 oyun keçirəcək, ilk yoxlama oyunu yanvarın 21-də Türkmənistan yığması ilə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə