"Neftçi" vətənə kubokla qayıdır

"Neftçi" vətənə kubokla qayıdır
Xəbər verdiyimiz kimi, "Neftçi" klubunun 14 yaşa qədər olan futbolçulardan ibarət U-14 komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri Top" turnirində iştirak üçün həmin ölkəyə səfər etmişdi. Siasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, baş məşqçi Araz Qulamovun rəhbərliyi altında mübarizəyə qoşulan U-14, turnirin finalında Rusiyanın "Sozvezdiye" klubunu 1:0 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb. Qeyd edək ki, qalibiyyətin yeganə qolunu komandanın hücumçusu Əli Şirinov vurub. Məlumat üçün bildirək ki, "Neftçi"nin yetirmələri turnir çərçivəsində keçirilən bütün oyunlarda qalib gəlib. Belə ki, balaca "ağ qaralar" Latviyanı "Şitika" futbol məktəbinin komandasını 7:2, Qazaxıstanın "Merke" klubunu 3:0, Belarusiyanın "Muxavets" klubunu 4:0, Ukraynanın Lvov şəhərinin futbol məktəbinin komandasını isə penaltilərlə 5:4 hesabı ilə məğlub etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə