Bu gün axşam İspaniya Kral kuboku uğrunda növbəti qarşılaşmalar keçiriləcək. Siasport.az saytı xəbər verir ki, "Santyaqo Bernabeu"da iki əzəli rəqib olan Madrid "Real"ı və "Barselona" üz-üzə gələcəklər. Dünən qarşılaşma öncəsi hər iki klubun baş məşqçiləri jurnalistlərin suallarını cavablandırıblar.
"Barselona"nın baş məşqçisi Xose Qvardiola, yenidən bu derbini qazanmaq üçün meydana çıxacaqlarını bildirərək, eyni zamanda futbolda heç bir şeyin proqnozlaşdırıldığı kimi olmadığını da diqqətə çatdırıb. Madrid "Real"ının baş məşqçisi Joze Maurinyo isə, bu qarşılaşmanın olduqca əhəmiyyətli olduğunu, amma özünün bu məsələdə kifayət qədər təmkinli olacağını bildirib. Hər şeyin meydanda həll olunacağını deyən portuqaliyalı futbol mütəxəssisi, yaxşı oynayan komandanın qalib gəlməsini arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB